Dirijor Yalçın Adıgözəlovdur

 

Meksikanın simfonik orkestri azərbaycanlı sənətkarın rəhbərliyi altında çıxış edib

  

   Azərbaycanın Xalq artisti, məşhur dirijor, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında Meksikanın simfonik orkestri (Orquesta Sinfonica del Estado de Mexico) möhtəşəm konsert proqramı ilə çıxış edib.

   Ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, konsertdə dahi Azərbaycan bəstəkarı Qara QarayevinDon Kixotsimfonik lövhələri, rus klassiklərindən Pyotr ÇaykovskininRokoko” variasiyaları və Sergey RaxmaninovunSimfonik rəqsləri” ifa olunub.

   Məşhur italyan violonçel ifaçısı Roberto Trainini konsertin solisti kimi çıxış edib.

   Orkestrin baş konsertmeysteri Feliks Parra deyib: “Maestro Yalçın Adıgözəlovla çalışmaq bizə böyük şərəf verdi. Yüksək peşəkarlığa hərtərəfli biliyə malikdir. O, həqiqətən, böyük dirijordur”.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 6.